Xəbər lenti

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında mindən çox insan saxlanıldı
Dünya19:33 21.09.2022

Rusiyada səfərbərliyə qarşı etiraz aksiyalarında mindən çox insan saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyada səfərbərliyə qarşı keçirilən aksiya zamanı 1 026 nəfərdən çox etirazçı saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub.
Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada səfərbərlik elan edib. Bundan sonra Rusiyanın demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb.