Rusiya Federasiyasının Volqoqrad vilayətində iyulun 29-da günorta saatlarında Kazan-Adler sərnişin qatarı relsdən çıxıb, 8 vaqon aşıb. Xəsarət alanların sayı 100 nəfəri keçə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti, TASS, V1.RU, Telegram kanalı "Baza” yazıb.
Rusiya fövqəladə hallar xidmətinin məlumatına görə, səkkiz vaqon yan üstə aşıb. Hadisə yerində üç təcili yardım briqadası işləyir.
Qeyd olunur ki, daha üç vaqon yararsız hala düşüb.
Hazırda zərərçəkənlər təxliyə edilir, iki helikopter isə yola salınmaq üçün hazırlanır. Qəza yerinə təcili yardım xidmətləri və bərpa qatarları cəlb olunub. Həmin hissədə qatarların hərəkəti dayandırılıb.
Rusiya Dəmir Yollarının məlumatına görə, qəzaya səbəb keçidə çıxmış "Kamaz” olub.
Qatarda 812 nəfər olub. Baza Telegram kanalı 100-dən çox sərnişinin xəsarət ala biləcəyini bildirir.
Alpər