Xəbər lenti

Rusiyada son 24 saatda ikinci partlayış ; 6 hərbçi öldü
Dünya18:34 22.10.2013

Rusiyada son 24 saatda ikinci partlayış ; 6 hərbçi öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın Pskov şəhəri yaxınlığında hələlik müəyyən olunmayan qurğunun partlaması nəticəsində 6 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.  
 
Qeyd edək ki, insident Pskov vilayətinin Struqi Krasnıye yaşayış məntəqəsində yerləşən 714-cü poliqonda, Hərbi Hava-Desant Qoşunlarının hərbçiləri təlim atışından qayıdarkən baş verib. 
 
Mənbənin məlumatına görə, hərbi sursatın partlaması nəticəsində ölənlərdən 5-i Ryazan ali hava-desant hərbi məktəbinin kursantları, 1 nəfər isə kontrakt əsasında qulluq çəkən hərbçi olub. 
 
Hadisə yerinə Rusiya Hərbi Hava-Desant Qoşunlarının komandanı Vladimir Şamanov gəlib.

Qaynar.info