Xəbər lenti

Rusiyada təyyarə qəzası: Ölənlər var
Dünya06:44 03.07.2016

Rusiyada təyyarə qəzası: Ölənlər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyulun 1-də səhər saatlarında Rusiyanın İrkutsk vilayətində yoxa çıxan FHN-ə məxsus “İl-76” təyyarəsinin qalıqları Kaçuq rayonunda aşkarlanıb.  
Oxu.az-ın məlumatına görə, bu barədə “RİA Novosti”yə təyyarənin axtarışı ilə məşğul olan operativ qərargahdan bildirilib.
Təyyarə qəza nəticəsində tamamilə parçalandığı və yandığı qeyd olunur: “Saat 02.00 radələrində (Bakı vaxtilə 03.00 radələrində) Rıbnıy Uyan yaşayış məntəqəsindən 4 km cənubda, təpənin yamacında FHN-ə məxsus yoxa çıxan  “İl – 76” təyyarəsi aşkarlanıb. Təyyarə tamamilə parçalanıb”. 
Məlumata görə, təyyarənin göyərtəsində 10 nəfər olub. 
Xilasedicilər qəza yerində ekipaj üzvlərinin cəsədlərinin fraqmentlərini və “İl – 76” təyyarəsinin qara qutularından birini aşkarlayıblar.
Ehtimal olunur ki, təyyarədə olan 10 ekipaj üzvünün hamısı ölüb.
Qaynarinfo.az