Rusiyada yanğın nəticəsində 5 nəfər dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yaydığı məlumata görə, hadisə Kostroma vilayətində evdə baş verib.
Rəsmi məlumata görə, yanğın zamanı evdə 6 nəfər oldub:
"Hadisə yerindən 1987-ci il təvəllüdlü qadın tapılaraq həkimlərə təhvil verilib. Qadın təcili yardım maşınında dünyasını dəyişib. Yanğın söndürüldükdən sonra hadisə yerindən 2 uşaq və 2 kişi meyiti aşkarlanıb”.
Xəyal