Xəbər lenti

Rusiyada yeni QULAQ yaradılır: Penitensiar Xidmətdən qəribə təklif
Dünya11:25 20.05.2021

Rusiyada yeni QULAQ yaradılır: Penitensiar Xidmətdən qəribə təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya Federasiyasında məhkumları əmək miqrantlarının hazırda çalışdıqları işlərə daha fəal cəlb etmək mümkündür. 
Qaynarinfo RBK-ya istinadla xəbər verir ki, belə bir təkliflə Federal Penitensiar Xidmətin (FSIN) direktoru Aleksandr Kalaşnikov Krasnoyarskdakı ombudsmanların koordinasiya şurasında çıxış edib.
O, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinin Orta Asiya bölgələrinin liderləri ilə görüşdüyünü və digər şeylər arasında işçi qüvvəsi çatmadığı yerlərə miqrant axınının qaydaya salınması məsələlərini müzakirə etdiyini xatırladıb. "ncaq biz də öz növbəmizdə bunu təşkil etməyə hazırıq", - Kalaşnikov deyib.
"Bu, QULAQ olmayacaq, tamamilə yeni layiqli şərait olacaq. Cəza çəkənlər bir yataqxanada işləyəcək və ya bir mənzil kirayəyə götürəcək, eyni zamanda layiqli maaş alacaqlar", - Kalaşnikov vurğulayıb. O, işçi probleminin bu şəkildə həll ediləcəyinə və "çox sosiallaşmanın baş verəcəyini" hesab edir. 
Alpər