Xəbər lenti

“Rusiyadan çıxan şirkətlər Türkiyəyə gəlsin“ - Ərdoğandan çağırış
Siyasət16:36 25.03.2022

“Rusiyadan çıxan şirkətlər Türkiyəyə gəlsin“ - Ərdoğandan çağırış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rəsmi Ankara Rusiya bazarından çıxan qlobal şirkətləri qəbul etməyə hazırdır”.
Qaynarinfo xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Rusiyanı təkcə Amerika şirkətləri deyil, bir çox dünya brendləri də tərk edir, təbii ki, ölkəmizin qapıları onların üzünə açıqdır, gəlsinlər. Bundan əlavə, ölkəmizə gəlib imkanlarını bizdə yerləşdirmək istəyən müəyyən kapital qrupları var. Təbii ki, biz onların üzünə qapıları bağlı saxlamırıq. Bizim qapılarımız onların üzünə də açıqdır".