Xəbər lenti

Rusiyadan Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət
Siyasət10:22 19.09.2018

Rusiyadan Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir".
Qaynarinfo xəbər verir ki, bunu Trend-in Ermənistan parlamentinin "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.
XİN-dən deyiblər: "Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.
Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.