ABŞ prezidenti Co Bayden 2,3 milyard dollar dəyərində 570 rus malına rüsumların artırılmasını elan etmək üzrədir.
Qaynarinfo bu barədə Ağ Evin bəyanatına istinadən xəbər
verir.
Bu cür tədbirlərin amerikalı istehlakçıların xərclərini minimuma endirməklə yanaşı, Rusiyanın xərclərini artıracağı vurğulanır.
Bundan əlavə, Vaşinqton Rusiyanın Ukraynaya hücumu ilə əlaqədar 500-ə yaxın Rusiya rəsmisinə viza məhdudiyyəti qoymağı planlaşdırır.
TASS xəbər verir ki, bloklayıcı sanksiyalar Rusiya qoşunlarının nəzarəti altında olan Ukrayna ərazilərindəki "özəl hərbi şirkətlərə”, bir sıra hərbi hissələrə və vəzifəli şəxslərə qarşı da tətbiq olunacaq.
Xatıarladaq ki, bu arada ABŞ Ticarət Nazirliyi Rusiyaya dəstək verən şirkətlərin texnologiyaya, xüsusilə də yarımkeçiricilərə çıxışını əngəlləməyi planlaşdırır.
İnterfaks qeyd edir ki, öz növbəsində G7 ölkələri Rusiyanın qızıl idxalından əldə etdiyi gəlirləri məhdudlaşdırmağı qarşılarına məqsəd qoyublar.
Alpər