Rusiyalı diplomat Zamir Kabulov İrana dəstək nümayiş etdirib.
Qaynarinfo xəbər verir ki, Rusiya XİN-in Asiya ölkələri üzrə xüsusi səfiri olan Z.Kabulov Moskvada təşkil olunan Rusiya-İran siyasi forumunda danışıb. O, ABŞ müdaxiləsinə qarşı hər zaman İranın yanında olduqlarını açıqlayıb.
Xatırladaq ki, ötən günlərdə Rusiya XİN-in köməkçisi Sergey Ryabkov Rusiya və tərəfdaşlarının ABŞ-ın İrana tətbiq elədiyi sanksiyalara qarşı ortaq addım atacağını açıqlamışdı.
Gülşən