
Rusiya "Zapad 2017" adlı nəhəng hərbi təlimə başlayır.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqının şərq sərhəddində gerçəkləşdiriləcək təlimdə 12700 əsgər, 70 təyyarə, 250 tank, 10 hərbi gəmi iştirak edəcək. 20 sentyabra qədər davam edəcək təlimin Rusiyanın soyuq müharibə dövründən bəri ən böyük hərbi təlimi olduğu deyilir.
NATO ilə münasibətin gərgin olduğu bir dövrdə Rusiyanın bu addımı Avropa ölkələrinə təhdid kimi qiymətləndirilir.
Rusiya müdafiə nazirliyi isə təlimlərin müdafiə məqsədi daşıması barədə açıqlama verib.
Gülşən
Qaynarinfo.Az