Xəbər lenti

Rusiyadan "Atatürk"-ü partladan terrorçu haqda Açıqlama
Dünya06:22 01.07.2016

Rusiyadan "Atatürk"-ü partladan terrorçu haqda Açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya İstanbulun Atatürk hava limanını partladmaqda şübhəli bilinən terrorçulardan birinin çeçen olması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə azvision.az “İnterfaks”a istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarından agentliyə verilən məlumatda qeyd olunur ki, terror törətməkdə şübhəli bilinən Osman Vadimov Rusiya vətəndaşı deyil: “Çeçenistanda Osman Vadinov adlı şəxs heç vaxt qeydiyyatda olmayıb. Onun soyadı çeçen mənşəli deyil. İkinci şübhəli Ahmet Çatayev isə Rusiya tərəfindən də axtarışda olub”.

Qaynarinfo.az