Rusiyalı Nobel Sülh Mükafatı laureatı Dmitri Muratov ukraynalı uşaqlara kömək etmək üçün 103 milyon dollarlıq medal satıb.
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər
verir.
Rusiyalı jurnalist və keçən ilki Nobel Sülh Mükafatı laureatlarından biri Dmitri Muratov bazar ertəsi Rusiya hərbçilərinin hücumu nəticəsində didərgin düşmüş ukraynalı uşaqlara pul yığmaq üçün keçirilən hərracda medalını 103,5 milyon dollara satıb.
"Heritage Auksionu" elan edib ki, Muratov medalının satışından əldə olunan bütün gəliri UNİCEF-in məcburi köçkün ukraynalı uşaqlar üçün proqramına bağışlayacaq.
Kremlin siyasətini sərt tənqid edən "Novaya qazeta”nın redaktoru Muratov 2021-ci ildə filippinli Mariya Rasa ilə birlikdə Nobel Sülh Mükafatını qazanıb.
Qeyd edək ki, təxminən iki həftə əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) beş milyondan çox ukraynalı uşağın müharibə səbəbindən humanitar yardıma ehtiyacı olduğunu açıqlamışdı. Agentliyin məlumatına görə, Ukrayna daxilində üç milyona yaxın uşağın köməyə ehtiyacı var və Rusiyanın hərbi işğalından sonra Ukraynadan qaçan təxminən 2,2 milyon uşaq humanitar yardımdan asılıdır.
M.Arif