Rusiya Krıma gələcək hücumların qarşısını almaq üçün Odessa və Nikolayevi tutmalıdır.
Qaynarinfo xəbər verir ki, rusiyalı senator Vladimir Cabarov Krım körpüsündə baş verən partlayışa belə reaksiya
verib.
"Ukraynanın Qara dənizlə əlaqəsi tamamilə kəsilməlidir, əks halda Krım üçün təhdidlər yenə təkrarlanacaq. Odessa və Nikolaev yenidən rus bölgələri olmalıdır", - deyə o, teleqram kanalında yazıb.
Senator Andrey Klişas da öz növbəsində bildirib ki, "Ukraynanın denasifikasiyası və demilitarizasiyası çox aktual vəzifələrdir”. "Ukrayna dövlətinin qalıqlarına bu cür hərəkətlər qeyri-mümkün olanda biz başa düşəcəyik ki, bu tapşırıqlar tamamlanıb", - rusiyalı senator yazıb. O, həmçinin Dövlət Dumasının deputatı Yevgeni Popovun körpüdəki partlayış nəticəsində ölən ailənin "intiqamı alınmalıdır” bəyanatı ilə razılaşıb.
Xatırladaq ki, Krım körpüsündə partlayış iyulun 17-nə keçən gecə baş verib. Rusiya Federasiyasının Milli Antiterror Komitəsinin məlumatına görə, o, Ukraynaya məxsus iki suüstü ekipajsız aparatla hücuma məruz qalıb. Hücum zamanı körpünün yol hissəsi zədələnib. İstintaq Komitəsi terrorizm maddəsi ilə cinayət işi açıb.
Krım körpüsünə hücumun Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən planlaşdırıldığını xüsusi xidmətdəki mənbələrə istinadən RBC Ukrayna və BBC yazıb. SBU bu məlumatı təsdiqləməyib, lakin partlayışdan sonra xüsusi xidmət orqanı şeir dərc edib: "Bülbül, qardaş, Körpü yenidən yatmağa getdi" yazısına "P. S. Xalq müsiqisidir. Sözləri – SBU” əlavə
edilib.
Nizami Bağırov