Dünya 13:46 04.05.2022

Rusiyanın baş ravvini: "Lavrov bu sözlərinə görə üzr istəsin"

Rusiyanın baş ravvin Berl Lazar xarici işlər naziri Sergey Lavrovun yəhudilər və nasist Almaniyasının lideri Adolf Hitler haqqında açıqlamalarını şok adlandırıb. 

Qaynarinfo Jewish Teleqraf Agentliyinə istinadən xəbər verir ki, ravvin nazirin bu sözlərə görə üzr istəməsini istəyib.

"Mənim Rusiya diplomatiyasının rəhbərinə məsləhət verməyə haqqım yoxdur, amma o, yəhudilərdən üzr istəsə və sadəcə olaraq öz səhvini etiraf etsə, yaxşı olardı. Berl Lazarın fikrincə, bu halda məsələni həll olunmuş saymaq olar.

Ravvin Rusiya Xarici İşlər Nazirliyinin bir gün əvvəl İsraili guya "antisemitizmin çiçəkləndiyi” Kiyevdəki "neonasist rejimini” dəstəkləməkdə ittiham etdiyi bəyanatına da reaksiya verib. Berl Lazarın sözlərinə görə, Holokost və Ukraynada baş verən hazırki hadisələr arasında hər hansı müqayisə aparmaq yersizdir. Ravvin nasizm üzərində qələbədə Sovet qoşunlarının oynadığı rola işarə edərək, belə bir müqayisənin "Auşvitsi azad edən və Reyxstaq üzərində qələbə bayrağını ucaldan bu qəhrəman əsgərlərin xidmətlərini aşağıladığını” qeyd edib.

Nizami Bağırov