BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası çərçivəsində İnsan Hüquqları Şurasında Rusiyanın üzvlüyünün dayandırılması barədə qətnamə qəbul edib.
Qaynarinfo xəbər verir ki, 93 nəfər qərarın lehinə, 24 nəfər əleyhinə səs verib, 58 nəfər bitərəf qalıb.
ƏLAVƏ OLUNUB:
Rusiya BMT-nin İnsan Hüquqları Şurasındakı səlahiyyətlərinə vaxtından əvvəl xitam verəcək. Bu barədə Rusiyanın təşkilatdakı daimi nümayəndəsinin müavini Gennadi Kuzmin Baş Assambleyanın iclasında bildirib.
Kuzmin çıxışında BMT Baş Assambleyasının qərarını qanunsuz və siyasi məqaədli adlandırıb.
Onun sözlərinə görə, nümayəndəlik aprelin 7-dən Şurada öz funksiyalarını yerinə yetirməkdən imtina edəcək.
Sənədin qəbulu üçün səsvermədə iştirak edənlərin üçdə ikisi tələb olunurdu. Bitərəf qalanlar hesablanmır. Beləliklə, "lehinə” və "əleyhinə” 117 nümayəndə səs verib.