XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Rusiyanın Buçada yaşayış evlərini vurdu: 37 nəfər öldü
Dünya15:41 29.08.2026

Rusiyanın Buçada yaşayış evlərini vurdu: 37 nəfər öldü

Rusiyanın Ukraynanın Kiyev vilayətinin Buça rayonuna endirdiyi zərbə nəticəsində ölənlərin sayı 37 nəfər ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat yayıb.

Bildirilib ki, hazırda hadisə yerində axtarış-xilasetmə və bərpa işləri davam etdirilir.

Daha əvvəl verilən məlumata görə, zərbə nəticəsində 27 nəfər ölmüş, 42 nəfər, o cümlədən 4 uşaq yaralanmışdı. Yaralananların hamısına tibbi yardım göstərilib, 7 nəfər xəstəxanaya yerləşdirilib.

Həmçinin fövqəladə hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib.

İlkin məlumatlara əsasən, zərbə nəticəsində 50-yə yaxın yaşayış evinə müxtəlif dərəcədə ziyan dəyib. Ölənlər arasında zərbədən sonra hadisə yerinə ilk gedənlərdən biri olan Dmitrovka icmasının rəhbəri Taras Didıçın da olduğu bildirilib.