Xəbər lenti

Rusiyanın daha bir neçə regionunda təhlükəsizlik tədbirləri gücləndirildi
Dünya10:39 24.06.2023

Rusiyanın daha bir neçə regionunda təhlükəsizlik tədbirləri gücləndirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın bir sıra regionlarının hakimiyyətləri təhlükəsizlik tədbirlərini gücləndirib.
Qaynarinfo xəbər verir ki, Bryansk vilayətinin başçısı Aleksandr Boqomaz əlavə tədbirlərlə bağlı qərar qəbul edib: "Bölgədə vəziyyət sabitdir. Təhlükəsizlik tədbirləri gücləndirilib. Bütün xidmətlər normal işləyir”, - o, "Telegram" kanalında bildirib.
Onun Oryollu həmkarı Andrey Klıçkov da bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini açıqlayıb və yerli sakinləri bölgədən kənara çıxmamağa çağırıb.
Tver vilayətinin hakimiyyəti bu həftəsonu kütləvi tədbirlərin ləğv edildiyini açıqlayıb. Regional hökumətin Teleqram kanalında yayılan mesaja görə, bu barədə qərarı vilayət qubernatoru İqor Rudenya verib. Eyni tədbir Tula vilayətinin hakimiyyət orqanları tərəfindən də tətbiq edilib. 
"Tula vilayətində antiterror tədbirlərinin gücləndirilməsi ilə əlaqədar olaraq, bu həftəsonu üçün planlaşdırılan bütün kütləvi tədbirlərin ləğv edilməsi qərara alınıb", - vilayət hökumətinin mətbuat xidmətinin bəyanatında deyilir. Yollarda əlavə nəzarət də var.
Tambov vilayətinin qubernatoru Maksim Yeqorov da bölgədə görülən təhlükəsizlik tədbirləri barədə məlumat verib. O, infrastruktur obyektlərinin nəzarətdə olduğunu bildirib.
Öz növbəsində Dağıstanın rəhbəri Sergey Melikov qeyd edib ki, hələlik heç bir əlavə tədbir tələb olunmur, lakin yerli sakinləri Əks-terror əməliyyatları (KTO) rejimi elan edən digər bölgələrə səfərlərdən çəkinməyə çağırıb.
Əvvəllər KTO rejimi Moskvada, Moskva və Voronej vilayətlərində tətbiq edilib.
Müdafiə Nazirliyi bu ərəfədə PMC "Vaqner" əsgərlərinə müraciət edib. Bundan əvvəl Rusiya FSB-si sosial şəbəkələrdə Yevgeni Priqojinin adından "Vaqner” qrupunun arxa düşərgələrinə "hərbi zərbələr endirilməsi” ilə bağlı məlumatların yayılmasından sonra cinayət işi açıb. Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Alpər