Finlandiya NATO hərbi blokuna üzvlüyük üçün gecikmədən müraciət etməlidir.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu sözləri Finlandiya prezidenti və baş naziri
deyib.
Finlandiyanın Rusiya ilə 1300 km sərhəddi var. İki ölkə arasında çətin tarixi dövr yaşanıb.
Uzun illər neytrallıq siyasəti izləyən Finlandiya Rusiyanın 2014-cü ildən Krımı işğalından sonra NATO ilə münasibətlərini tərəfdaşlıq səviyyəsinə qədər artırıb.
"Finlandiya gecikmədən NATO üzvlüyünə müraciət etməlidir. Ümid edirik ki, bu qərarın sürətlə, bir neçə gün içində verilməsi üçün hələ də atılması gərəkən milli addımlar atılacaq”,- prezident Sauli Ninisto və baş nazir Sanna Marin birgə bəyənatda deyiblər.
Reuters gizli mənbələrinə əsasən yazır ki, NATO tərəfdaşları İsveç və Finlandiyanın yaxın günlərdə təşkilata üzvlük üçün müraciətini gözləyirlər. Ölkələrin tez bir zamanda təşkilata qəbul ediləcəyi gözlənilir.
"Finlandiya birliyə qoşulmaq qərarı verdi. NATO güclənməyə doğru gedir. Baltikyanı ölkələrin təhlükəsizliyi artır”, - Litva xarici işlər naziri Landsberqis deyib.
Qeyd edək ki, Finlandiyanın NATO-ya qoşulmaqda qərarı İsveçi də təşkilata üzvlüyə doğru aparır.
Nurlan Hüseynov