Böyük Britaniyanın "Sky News” telekanalının 5 müxbiri Ukraynada yaralanıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.
Onun sözlərinə görə, Rusiyanın kəşfiyyat bölüyü jurnalistləri hərəkətdə olan zaman atəşə tutub:
"Rusiyanın azad mediaya təzyiqlərini qınayırıq. Reportyorların hərəkətdə olduqları avtomobilə atəş açılıb. Məlumata görə, onlara hücum edən Rusiyanın kəşfiyyat bölüyü olub".
Xəyal