Xəbər lenti

Rusiyanın Moldovada üstü açılan dövlət çevrilişi planı... - Sandu detalları açıqladı
Dünya10:46 13.02.2023

Rusiyanın Moldovada üstü açılan dövlət çevrilişi planı... - Sandu detalları açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Moldova prezidenti Maya Sandu təsdiqləyib ki, Ukrayna tərəfi Kremlin Moldovada vəziyyətin sabitliyini pozmaq planlarını ona çatdırıb və hərbi əməliyyatlara ölkə hüdudlarından kənardan - Rusiya, Belarus və Balkanlardan olan diversantların cəlb olunması ilə hazırlanır.
Qaynarinfo xəbər verir ki, Newsmaker-in məlumatına görə, o bu barədə xüsusi brifinqdə bildirib.
"Bu, mülki geyimdə hərbi təlim keçmiş insanların cəlb edilməsini nəzərdə tutan qısamüddətli plandır. Onlar zorakı hərəkətlər, o cümlədən bəzi dövlət qurumlarına hücumlar və girov götürülmələri planlaşdırırlar", - Maya Sandu bildirib.
Onun sözlərinə görə, Kiyevin təhvil verdiyi materiallarda bu təxribat aksiyalarının təşkili üçün maddi-texniki bazanın müfəssəl sənədləri var.
"Plan Moldovada zorakılıq aksiyaları üçün ölkədən kənardan olan şəxslərin istifadəsini nəzərdə tutur. Məsələn, materiallarda Rusiya Federasiyası, Belarus, Serbiya və Monteneqro vətəndaşlarının Moldovaya daxil olması üçün göstərişlər var", - prezident əlavə edib.
Sandu həmçinin bildirib ki, dinc etirazlar adı altında Kişinyovda hakimiyyəti ələ keçirməyə cəhd hazırlayırlar.
Prezident əlavə edib ki, Moldovanın hüquq-mühafizə orqanları bu təxribatların qarşısını almağa və vəziyyəti nəzarətdə saxlamağa hazırlaşır.
Daha əvvəl Qaynarinfo xəbər verib ki, Ukrayna kəşfiyyatı Kremlin Moldovaya nəzarəti ələ almaq planlarını ələ keçirib və prezident Zelenski dərhal bütün məlumatları həmkarı, prezident Maya Sanduya ötürüb.
Nizami Bağırov