Xəbər lenti

Rusiyanın qaz şantajı davam edir
Dünya07:13 16.06.2022

Rusiyanın qaz şantajı davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qazprom” Rusiya ilə Avropa arasında enerji təchizatı ilə bağlı fikir ayrılıqları səbəbindən İtaliyaya qaz tədarükünü 15% azaldacaq.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, "Şimal axını” qaz kəməri ilə Almaniyaya qaz tədarükünü 40% azaltmaq qərarından sonra Rusiyanın enerji nəhəngi də İtaliyaya qaz tədarükünü 15% azaltdılması qərarına gəlib.
Bununla "Qazprom” AB sanksiyalarına cavab verdiyini düşünür. 
Mümkün qaz çatışmazlığını kompensasiya etmək niyyətində olan İtaliya Afrika və Şərqi Aralıq dənizi ölkələri ilə yeni müqavilələr imzalamaqla Rusiya qazını əvəz etməyə çalışır. İtaliyanın Enerji, Şəbəkələr və Ətraf Mühit üzrə Tənzimləmə Qurumunun (ARERA) prezidenti Stefano Bessegini bildirib ki, İtaliya artıq 9,5 milyard kubmetr qaz toplayıb ki, bu da "ümumi istifadənin təxminən 52%-ni təşkil edir. 
Nurlan Hüseynov