Xəbər lenti

Rusiyanın SWIFT-dən ayırmaq üçün hazırlıqlara başlanıldı
Dünya15:18 26.02.2022

Rusiyanın SWIFT-dən ayırmaq üçün hazırlıqlara başlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Rusiyanı beynəlxalq banklararası SWIFT sistemindən ayırmaq üçün hazırlıqlara başlanılıb”.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.
"Bütün Ukrayna diplomatiyası işlədi - Ukrayna prezidentindən tutmuş Ukrayna səfirliyindəki attaşeyə qədər”, - deyə o, əlavə edib.
Nazir qeyd edib ki, ukraynalı diplomatlar bu qələbəni Ukraynanın bütün müdafiəçilərinə həsr edirlər.
Qeyd edək ki, ABŞ hökuməti də Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.