Rusiya Ukraynanı bahalı raketləri israf etməyə məcbur etmək məqsədilə may ayında Ukrayna ərazisinə İranın 300-dən çox kamikadze pilotsuz uçuş aparatını buraxıb, lakin uğursuzluğa düçar olub.
Qaynarinfo xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin iyunun 5-də kəşfiyyat məlumatlarının icmalında
deyilir.
Nazirlik qeyd edib ki, may ayında İranın "Şahed” seriyasına aid 300-dən çox hücum pilotsuz uçuş aparatının buraxılması bu silah sistemindən indiyədək ən intensiv istifadə olub.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiya çox güman ki, Ukraynanı qiymətli, qabaqcıl hava hücumundan müdafiə raketləri ehtiyatını xərcləməyə məcbur etmək üçün çox sayda PUA buraxır.
"Rusiyanın əhəmiyyətli uğur əldə etməsi ehtimalı azdır: Ukrayna əsasən köhnə və daha ucuz hava hücumundan müdafiə sistemlərindən, eləcə də radielektron mübarizə vasitələrindən istifadə etməklə OWA-UAV PUA-larının ən azı 90%-ni zərərsizləşdirib”, - icmalda deyilir.
Kəşfiyyat qurumunun fikrincə, Rusiya da çox güman ki, Ukrayna qüvvələrini cəbhə xəttinin çox arxasında tapmağa və vurmağa çalışır.
"Lakin Rusiya zəif hədəfləmə prosesləri səbəbindən uzaq məsafədən bu cür dinamik hədəfləri vurmaqda çox səmərəsiz olaraq qalır", - Britaniya Müdafiə Nazirliyi qeyd edir.
Nizami Bağırov