Xəbər lenti

Rusiyanın valyuta ehtiyatı çökür
Dünya14:30 18.09.2014

Rusiyanın valyuta ehtiyatı çökür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın valyuta ehtiyatı bir həftədə $4,3 milyard azalıb.  

Rusiyanın beynəlxalq maliyyə ehtiyatının həcmi sentyabrın 5-dən 12-dək olan müddətdə $464,2 milyarddan $459,9 milyarda düşüb, yəni $4,3 milyard azalıb. 

Qaynar.info-nun Musavat.com-a istinadən məlumatına görə, bu barədə Rusiya Bankının mətbuat xidmətinin yaydığı açıqlamada deyilir. 

Xatırladaq ki, ondan bir həftə öncə valyuta ehtiyatları $1,6 milyard, ona kimi $300 milyon, daha əvvəl isə $2,5 milyard azalıb. 2014-cü il yanvarın 1-ə olan məlumata görə, ehtiyatların həcmi $509,595 milyard təşkil edib.

 Bu ilim may ayı ərzində Rusiyanın beynəlxalq ehtiyatları 1,1% azalaraq 1 iyun 2014-cü ilə $467,227 milyarda enib. 

Qaynar.info