İyulun 14-nə keçən gecə Voronejdən bir neçə kilometr aralıda hava hücumundan müdafiə sistemləri üç pilotsuz təyyarəni vurub.
Qaynarinfo
xəbər verir ki, bu barədə qubernator Aleksandr Qusev Telegram kanalında məlumat verib.
"Voronejdən bir neçə kilometr aralıda hava hücumundan müdafiə sistemləri üç PUA-nı müəyyən edərək məhv edib. Tələfat, xəsarət alan və dağıntı yoxdur”, - qubernator bildirib.
"Şot” Teleqram kanalanın sözlərinə görə, PUA "Maslovski” sovxozunun yaxınlığında vurulub.
Eyni zamanda, Kursk vilayətinin qubernatoru Roman Starovoit gecə saatlarında Kurçatov şəhərində pilotsuz təyyarənin qəzaya uğraması barədə məlumat verib - pilotsuz təyyarə Kursk AES-in yaxınlığında qəzaya uğrayıb. Starovoit-in sözlərinə görə, "dronun düşməsi və sonradan partlaması nəticəsində kritik obyektlərə ziyan dəyməyib”, lakin yaşayış binasına ziyan dəyib.
Alpər