Aralıq dənizində Rusiyaya aid təyyarə qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Hərbi Hava Qüvvələrinin "Su-30 M” təyyarəsinin qəzaya uğraması barədə bu ölkənin müdafiə nazirliyi məlumat verib. Qəzada 2 pilot dünyasını dəyişib.
Hərbi təyyarə Suriyadakı "Hmeymim" hərbi bazasından qalxıb. Qəzaya səbəb quşların ola biləcəyi fikri səsləndirilir.
Gülşən