Rusiyaya aid hərbi təyyarə Suriyada qəzaya uğrayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi məlumat yayıb.
"Ka-52" helikopteri Suriyanın şərqində həyata keçirilən günlük uçuş zamanı qəzaya uğrayıb. Təyyarədəki 2 pilot dünyasını dəyişib.
Qəzaya səbəb texniki nasazlıq olub.
Gülşən