
Qanun layihəsində Ukraynaya 150 milyon dollar dəyərində birbaşa yardım da nəzərdə tutulur
ABŞ konqresinin nümayındələr palatası dünən Rusiyaya qarşı sanksiyalar və Ukraynaya yardım paketini qəbul edib. ANS PRESS-in məlumatına görə, qanun layihəsini 378 konqres nümayəndəsi dəstəklədi, 34 nəfər isə əleyhinə səs verdi.
Hazırki qanun layihəsi keçən həftə qəbul edilmiş qanun layihəsindən əhəmiyyətsiz dərəcədə fərqlənir. Keçən həftənin dördüncü günü bu sənədi senat qəbul etmişdi.
Hazırda ABŞ prezidenti Barak Obamanın imzalaması üçün göndərilən sənəd Ukrayna hökümətinə 1 milyard dollar kredit, eyni zamanda Rusiya məmurlarına qarşı viza və iqtisadi sanksiyaları özündə ehtiva edir.
Bundan başqa qanun layihəsində Ukraynaya 150 milyon dollar dəyərində birbaşa yardım da nəzərdə tutulur. Ağ ev qanunu dəstəklədi.
Qaynar.info