ABŞ-ın yeni administrasiyası Krımın ilhaqı və Donbasdakı vəziyyətin gərginləşməsi ilə bağlı Rusiyaya tətbiq etdiyi sanksiyaları qüvvədə saxlamağa hazırdır.
"Qaynar" cebhe.info-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamenitinin sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında deyib.
Mark Toner ABŞ-ın dövlət katibi Reks Tillersonun Kiyevdə Ukraynanın xarici işlər naziri Pavel Klimkinlə görüşünün təfərrüatları ilə bağlı suala da aydınlıq gətirib. O, bildirib ki, həmin görüş, Ukraynanın daxili problemləri ilə bağlı idi: “Tillerson ABŞ-ın Ukrayna ilə münasibətlərində və Rusiya da daxil olmaqla bütün tərəflərin Minsk öhdəliklərinə təmin edilməsində sədaqətini bird aha təsdiq edib.
Rusiya həm şərqi Ukrayna, həm də Krımla bağlı tələbləri yerinə yetirməyənə qədər Amerikanın sanksiyaları saxlanılacaq”-Toner belə deyib.
Qaynar.Az