Xəbər lenti

Ruslar bu gecə Ukraynaya 6 “Kinjal”, 9 “Kalibr”, 3 S-400 atdı - Hamısı məhv edildi
Dünya06:28 16.05.2023

Ruslar bu gecə Ukraynaya 6 “Kinjal”, 9 “Kalibr”, 3 S-400 atdı - Hamısı məhv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya qoşunları bu gecə Ukraynaya müxtəlif tipli 18 raketlə hücum edib, o cümlədən "Kinjal”larla. Düşmənin bütün hədəfləri məhv edilib.
Bu barədə Qaynarinfo Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnının Telegram kanalına istinadən xəbər verir.
"2023-cü il mayın 16-da saat 03:30-də rusiyalı işğalçılar hava, dəniz və qurudan müxtəlif tipli 18 raketlə şimal, cənub və şərq istiqamətlərindən Ukraynaya hücum ediblər", - Zalujnı yazıb. 
Onun sözlərinə görə, düşmən MiQ-31K təyyarəsindən altı ədəd X-47M2 "Kinjal” aeroballistik raketi, Qara dənizdəki gəmilərdən doqquz "Kalibr” qanadlı raketi və üç yerüstü raketdən (S-400, İskəndər-M ) atəş açıb.
"18 raketin hamısı Ukrayna Silahlı qüvvələrinin Hərbi hava qüvvələrinin hava hücumundan müdafiə qüvvələri və vasitələri tərəfindən məhv edilib”, - Zalujnı bildirib.
O, əlavə edib ki, bundan əlavə, mayın 16-na keçən gecə düşmən "Şahed” zərbə pilotsuz uçuş aparatları ilə hücuma keçib, həmçinin üç operativ-taktiki pilotsuz uçuş aparatı – "Orlan-10” və "SuperCam” ilə hava kəşfiyyatı aparıb.
ABŞ-ın Ukraynadakı səfiri Bricit Brink gecə saatlarında Rusiyanın Kiyevə yeni raket hücumuna reaksiya verib.
O, bu barədə Twitter-də yazıb.
Güclü partlayışlardan sonra Brink gördüyü işlərə görə Ukrayna hava hücumundan müdafiə qüvvələrinə təşəkkür edib.
"Ukrayna hava hücumundan müdafiə sisteminin güclü işinə görə minnətdaram", - səfir yazıb. 
Xatırladaq ki, bu gecə Kiyevdə silsilə güclü partlayış səsləri eşidilib. Məlum olub ki, Rusiya çox qısa müddət ərzində maksimum sayda raket ataraq Ukrayna paytaxtına kütləvi hücum edib.
Nizami Bağırov