Xəbər lenti

Ruslar Ukraynanın yeganə sualtı gəmisini ələ keçirdi - VİDEO
Dünya19:33 22.03.2014

Ruslar Ukraynanın yeganə sualtı gəmisini ələ keçirdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya dənizçiləri Ukrayna Hərbi Dəniz donanmasına məxsus olan yeganə “Zaporojye” sualtı gəmisini ələ keçirib.

ANS PRESS-in verdiyi məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Krım üzrə media mərkəzinin sədri Vladislav Seleznev bildirib. 

O, qeyd edib ki, gəminin tutulması zamanı kapitan Şaqiyev Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus Andreyevski bayrağını gəmidə yuxarı qaldırmaqdan imtina edib. 

“Bütün bu hadisələr Stereletskaya buxtasında baş verib. Sualtı gəmi xeyli vaxt idi ki, orda lövbər salmışdı. Hadisələrin dəqiq necə olması haqda məndə məlumat yoxdur. Yalnız üçüncü şəxsdən mənə ötürülən məlumata əsaslanaraq deyə bilərəm ki, kapitan Şaqiyev doğrudan da rus bayrağını qaldırmaqdan imtina edib. O, sahilə enərək naməlum istiqamətə yollanıb. Gəmini isə ruslar qoşqu vasitəsilə qeyri müəyyən istiqamətə aparıblar”, - deyə Vladislav Seleznev bildirib.