Xəbər lenti

“Röya və Aygündən üzr istədim” - Elton
Maqazin14:31 20.06.2016

“Röya və Aygündən üzr istədim” - Elton

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir müddət öncə verilişlərin birində Aygün Kazımova haqda sərt fikirlər səsləndirən Elton həmkarı ilə küsülü qala bilməyib. 

Qaynarinfo.az xəbər verir ki, uzun illər yaxın dost olan, bir çox duetlər ifa edən Elton və Aygün bu küsülülüyə bir dəfəlik son qoyaraq, barışığa imza atıblar. Barışıq üçün ilk təklif isə Eltondan gəlib. Hüseynəliyev bu addımını centlmenliyi ilə bağlayıb. 

“Aygün xanımı xətri çox əzizdir. Onunla çox böyük dostluğumuz olub. Mən kişiyəm, qadından ilk addımı gözləməli deyildim. Zəng etdim və elədiklərimə görə üzr istədim. O hələdə mənim yaxın dostumdur. İnsanıq da, hər kəs bəzən əsəbi olanda hər şey deyə bilər”

Elton bu ayı özü üçün barışıq ayı hesab edib, əməkdar artist Röya ilə də aralarındakı problemi həll edib. Röyayla küsülü olan müğənni el məclislərinin birində Röya üçün etdiyi təqdimatla onu yumşalda bilib.  

“Bir gün toydaydıq, Röya da gəlmişdi. Nə vaxtdır ki, onu fəxri ad alması ilə bağlı təbrik etmək istəyirdim alınmırdı. Elə hazır fürsət düşmüşkən, Röyanı elə səhnədən təbrik etdim. O da gəldi, təşəkkür etdi. Bununla da aramızdakı küsülülük bitmiş oldu”.

Qaynarinfo.az