Xəbər lenti

Rza Zərrab məhkəməyə "zorla" gətiriləcək
Dünya16:43 19.02.2016

Rza Zərrab məhkəməyə "zorla" gətiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyədə məhkəmə iş adamı Rza Zərrabın məhkəmə prosesinə məcburi gətirilməsinə qərar verib. 

Qaynar.info musavat.com-a istinadən bildirir ki, İstanbul 34-cü Asliye Cəza Məhkəməsində Rza Zərrabın şikayəti əsasında sıralarında keçmiş polis rəisi və bir jurnalistin də olduğu 6 nəfər haqqında məhkəmə işi açılıb. 

Məhkəmə üsullarına uyğun olaraq prosesdə iştirak etməyən və buna görə də heç bir səbəb bildirməyən R.Zərrabın məcburi şəkildə məhkəməyə gətirilməsi qərara alınıb.

Məlumata görə, 17-25 dekabrda korrupsiya işində adı keçən R.Zərrab, şantaj vasitəsilə ondan pul istəmələri səbəbi ilə həmin şəxslərdən şikayət etmişdi.

Qaynar.info