
Dekabrın 17-də keçirilən rüşvət əməliyyatı zamanı həbs olunan, çirkli pulların yuyulması, korrupsiyada ittiham olunan azərbaycanlı iş adamı Rza Zərrabla bağlı şok məlumatlar ortaya çıxıb.
Qaynar.info Zaman qəzetinə istinadən xəbər verir ki, Rza Zərrab Türkiyə Daxili İşlər Nazirliyinin verdiyi səlahiyyətlə öz yaxılarına Türkiyə vənədaşlığı verirmiş. Zərrabın atası Hüseyn, böyük qardaşı Məhəmməd (Can Serraf) və Rzanın şirkətində işləyən Aras Miandoabçian istisnalı şəxslər təbəqəsindən faydalanaraq Türkiyə vətəndaşlığı alıblar.
Hətta Rza Zərrab bunun üçün bir neçə gün əvvəl istefa verən keçmiş daxili işlər naziri Müəmmər Gülərə 5 milyon dollar rüşvət verib.
Zərrab və ailəsinin Daxili İşlər Nazirliyinə türk vətəndaşlığı üçün müraciət etdiyi sənədlərdə İranın Təbriz şəhərində qeydiyyatda olduqları göstərilib.
Rzanın atası 2013-cü ilin mayında vətəndaşlıq almaq üçün müraciət edib. Nazirlər Kabinetinin 22.07.2013-cü il və 2013/5441 saylı qərarı ilə türk vətəndaşlığı aldığı və 69898 nömrəli şəxsiyyət vəsiqəsilə Hüseyn Sərraf adını götürdüyü bildirilir.
1978-ci il Təbrizdə anadan olan böyük qardaş Məhəmməd Zarrabın da atası ilə birlikdə vətəndaşlıq aldığı və 69868 nömrəi şəxsiyyət vəsiqəsilə can Sarraf adını aldığı məlum olub.
Bundan başqa Məhəmməd Zarrabın həyat yoldaşı Nəsrin Yeganə, oğlu Sam Zarrab da eyni yollarla Türkiyə vətəndaşlığı alıblar.
Qaynar.info