Xəbər lenti

Saakaşvili çadıra köçdü - FOTO
Dünya06:17 08.06.2016

Saakaşvili çadıra köçdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Odessa-Reni şosesində təmir işləri bitənə qədər, o, yolun yaxınlığında qurulan çadırda işləyəcək.
Bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
Məlumata əsasən, çadırın üzərində "Odessa vilayəti Dövlət Administrasiyasının başçısı Mixail Saakaşvilinin müvəqqəti kabineti" yazılıb.
"Nə qədər lazım gəlsə, burada qalacağam ki, yolun təmiri yekunlaşdırılsın", - deyə Saakaşvili bildirib. 
Saakaşvili işlərin intensivliyi və maliyyələşdirilməsindən narazıdır.
Qaynarinfo.az