Dünya 17:20 05.12.2023

Saakaşvili özünü Rusiyaya qarşı Gürcüstan uğrunda döyüşçü adlandırdı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili etiraf edib ki, onun yaratdığı Vahid Milli Hərəkat partiyasında dəyişikliklər olmalı idi. 

Qaynarinfo xəbər verir ki, o, bunu yeni rəhbərliklə qarşıdurma fonunda tanınmış nümayəndələrin siyasi qüvvədən kütləvi şəkildə getməsinə öz "Facebook" səhifəsində münasibət bildirərkən deyib.

"Vahid Milli Hərəkat yəqin ki, bu yolla getməli idi və əminəm ki, bir ildən sonra bu proseslərdən daha güclü və daha mütəşəkkil çıxacaq", deyə Saakaşvili yazıb.

O əlavə edib ki, partiyası kimi o da Rusiya ilə qarşıdurmada sona qədər iştirak edir. Saakaşvili bu döyüşdə Gürcüstan üçün vuruşduğunu vurğulayıb.

"Mən Gürcüstan üçün ruslara və onların əlaltılarına qarşı döyüşürəm, məni daxili intriqalar maraqlandırmır. Ya indi Qələbə Koalisiyasının platformasında, ya da bir az sonra hamı alternativin olmadığını başa düşəndə ​​daha güclü birlik yaratmaq üçün müxtəlif insanlara və qruplara həmişə açığım", deyə eks-prezident qeyd edib. 

Aydın