Xəbər lenti

Saakaşvili "arzuolunmaz şəxs" elan edildi
Dünya11:20 24.12.2013

Saakaşvili "arzuolunmaz şəxs" elan edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukraynanın Regionlar Partiyasının deputatı Oleq Çarev onlarla xarici vətəndaşın Ukraynaya girişinə qadağa qoyulmasına nail olub.

Qaynar.info
xəbər verir ki, bu barədə "Kommersant-Ukraina" qəzeti məlumat yayıb.

"Mənim göndərişimdə 36 nəfər var. Mənm hələ Ukrayna Təhlükəsizlik Xidmətindən məlumat almamışam. Lakin məndə məlumat var ki, onların hamısı "persona non qrata" elan olunublar".

Onun sözlərinə görə, həmin şəxslər arasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də var.

"Saakaşvilinin burda nə işi var. Qoy o getsin gürcü xalqı ilə görüşsün. O bura öz komandası ilə "narıncı inqilab" yaratmağa gəlmişdi. Onlar inqilabın moderatorları idilər" deyə Çarev bildirib.

Qaynar.info