Xəbər lenti

Saakaşvili: "Bizi Rusiya imperiyası dalaşdırdı"
Dünya18:53 07.04.2013

Saakaşvili: "Bizi Rusiya imperiyası dalaşdırdı"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstan prezidenti bəyan edib ki, NATO-ya yol Türkiyə ilə dostluq və qardaşlıqdan keçir

NATO-ya yol Türkiyə ilə dostluq və qardaşlıqdan keçir. Belə bir bəyanatla Türkiyədə səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. Gürcü əsilli Türkiyə vətəndaşları ilə görüşən Saakaşvili tarixi proseslərdən danışıb. O qeyd edib ki, tarixən Qafqaz xalqları arasında nifaq salan qüvvələr olub. 

“Rusiya imperiyası bizi dalaşdırdı. Lakin burada (Türkiyə nəzərdə tutulur-red.) etnik abxazlar və gürcülər qardaş kimi yaşayırlar. Deməli, abxazlarla gürcülərin birgə həyatı da mümkündür”, - deyə o vurğulayıb.

Gürcüstan prezidenti bildirib ki, əgər Rusiya Qafqaz xalqları arasında nifaq salmasa, Qafqaz bölgəsi güclü və məğlubelməz olacaq./anspress/