XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sabah bu ərazilərdə qaz kəsiləcək
Ölkə20:03 07.09.2026

Sabah bu ərazilərdə qaz kəsiləcək

Yevlax və Bərdə rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Tərtər Rayon Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksəktəzyiqli magistral qaz kəmərlərinə yeni çəkilmiş kəmərin qoşulması ilə əlaqədar sentyabrın 8-də saat 07:00-dan sentyabrın 10-da işlər başa çatanadək Yevlax rayonunun bir sıra kəndlərinin və Bərdə rayonunun Samux kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.