Xəbər lenti

Sabah EL içinə çıxacaqlar
Siyasət13:20 11.03.2013

Sabah EL içinə çıxacaqlar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 12-si saat 16-da “EL” hərəkatı elan olunacaq. Bu haqda xəbəri “Yeni Müsavat”a “EL” hərəkatının İdarə Heyəti üzvlərindən Zəfər Quliyev verib.

“EL”in ofisində keçiriləcək təqdimat mərasimində ölkə ictimaiyyətinin geniş tərkibdə iştirakı gözlənilir. Zəfər Quliyevin sözlərinə görə, mərasimə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai hərəkatların nümayəndələri, o sıradan Ziyalılar Forumunun üzvləri, ictimai xadimlər, insan haqları müdafiəçiləri, QHT sektorunun təmsilçiləri ilə yanaşı Azərbaycandakı diplomatik korpusun təmsilçiləri də dəvət olunub.

Xəbərdə o da bildirilir ki, təqdimat mərasimində “EL” hərəkatının rəhbəri politoloq Eldar Namazov qurumun yaxın gələcək üçün məram və məqsədləri haqqında iştirakçılara geniş bilgi verəcək.

Qaynar.info