Xəbər lenti

İdman 20:12 18.01.2023

"Sabah" klubu Antalya toplanışına qələbə ilə yekun vurdu

"Sabah" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında sonuncu oyununu keçirib.

Qaynarinfo xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Serbiya "Voyvodina"sı ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:2.

Hesabı 3-cü dəqiqədə "Sabah"dan Davit Volkov açıb. 6-cı və 10-cu dəqiqələrdə fərqlənən Velko Simiç serbləri önə keçirib. 22-ci dəqiqədə Volkov tarazlığı bərpa edib. 46-cı dəqiqədə Aleksey İsayev "Voyvodina"nı 3-cü dəfə cəzalandırıb. Son nöqtəni isə 62-ci dəqiqədə Aleksey Kaşuk qoyub.

Qeyd edək ki, "Sabah" Antalyadakı ilk sınaq matçında Polşanın "Varta” (Poznan) klubu ilə 1:1 hesablı heç-heçə edib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->