Sabah Rusiya hökuməti istefa verəcək.
Qaynarinfo xəbər verir ki, mayın 7-də Vladimir Putin inauqurasiyadan sonra baş nazir postuna namizədin adını açıqlayacaq.
Mayın 8-də isə onun təyinatı Dövlət Dumasında müzakirə ediləcək.
İnauqurasiyadan sonra Putin baş nazirin adının açıqlanacağı fərman imzalayacaq. İstefa baş nazir, onun müavinləri və federal nazirləri əhatə edəcək.