Sabahdan etibarən Finlandiyanın Rusiya ilə sərhəddə yerləşən Lappeenranta şəhərində hər gün Ukraynanın dövlət himni səsləndiriləcək.
Bu barədə Qaynarinfo "Yle”yə istinadən xəbər
verir.
Bildirilir ki, himn hər gün saat 19:30-da səsləndiriləcək. Beləliklə, şəhər rəhbərliyi ukraynalılarla həmrəylik nümayiş etdirmək istəyir.
"İnanıram ki, dövlət himni birlik hissi yaradır və burada yaşayan ukraynalıları, eləcə də Lappeenrantanın digər sakinlərini birləşdirir", - mer Kimmo Yarva deyib.
Ukraynanın dövlət himni İzo-Kristiina ticarət mərkəzindəki teatrın damında səsləndiriləcək. Bundan əlavə, artıq Ukrayna bayrağı şəhərdə meriyanın qarşısındakı bayraq dirəyində və limanda qaldırılır.
O da bildirilir ki, qonşu İmatra şəhərində iyulun sonundan Ukraynanın himni səsləndirilir.
Nizami Bağırov