Xəbər lenti

Sabiq baş nazir televiziyada aparıcı olmaq istəyir
Dünya09:38 15.09.2014

Sabiq baş nazir televiziyada aparıcı olmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili gələcək peşəsi ilə əlaqədar açıqlama verib. 

“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, İvanişvili teleproqramlardan birində aparıcı ola biləcəyini istisna etməyib. Bununla yanaşı, eks baş nazir bu məsələni ancaq telefonla müzakirə etdiyini və növbəti gün bu barədə telekanallardan birində məlumat verilməsini gizli dinlənilməsi ilə əlaqələndirib: 

“Mənim jurnalistika ilə məşğul olacağıma dair iddialara gəlincə, bu məsələ onu sübut etdi ki, mən də daxil olmaqla, telefon danışıqları yenə də dinlənilir. Mənim gələcək məşğuliyyətimlə bağlı ancaq telefonda müzakirə aparmışam və ikinci gün Jorjoliani (red- teleproqramlardan birində aparıcı) telekanalın efirində mənim fikrimi səsləndirdi. Mən bilmirəm bu nə vaxt olacaq. Ola bilsin ki, mən həqiqətən də  verilişlərin birində aparıcı oldum”. 

Qaynar.info