
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq millət vəkili Haydar Oymakın qaldığı otelin hamam hovuzundan meyiti aşkarlanıb.
Türkiyə mətbuatının yaydığı xəbərə görə, CHP-li siyasətçinin meyitini otel əməkdaşları tapıb. Haydar Oymakın meyiti məhkəmə tibbi ekspertizasına təhvil verilib.
Qeyd edək ki, Haydar Oymak CHP-nin Amasya vilayətindən 19 və 20-ci çağırış millət vəkili olub.