Yaponiya məhkəməsi sabiq "Nissan" rəhbəri Karlos Qhosnun həbs müddətini uzatmayıb.
Qaynarinfo xəbər verir ki, maliyyə saxtakarlığında ittiham edilən Qhosn 19 noyabrda Tokioda həbs edilib. Onun saxlanılma müddəti 10 dekabrda qədər idi, barəsində yeni iddialardan sonra bu müddət 10 gün artırılmışdı. Məhkəmə sabiq "Nissan" rəhbərinin 30 dekabra qədər həbsdə qalması barədə növbəti tələbi rədd edib.
Qeyd edək ki, Karlos Qhosna qarşı irəli sürülən ittihamlar sübut edilsə, o, 10 ilə qədər azadlıqdan məhrum ediləcək.
Gülşən