Xəbər lenti

Sabiq prezident 300 min yoxsul qadını qısırlaşdırmaqda ittiham olunur
Dünya14:06 27.04.2018

Sabiq prezident 300 min yoxsul qadını qısırlaşdırmaqda ittiham olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
10 illik hakimiyyəti müddətində "ailə planlaşdırılması" poqramı çərçivəsində 300 min qadını zorla qısırlaşdırmaqda ittiham olunan Perunun sabiq prezidenti Fujimori yenidən hakim qarşısına çıxacaq.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkə prokurorluğu onun barəsində ittihamnamə hazırlayıb.
Xatırladaq ki, 2014-cü ildə Fujimori bu ittihamlardan üzü ağ çıxmışdı. Lakin 18 qadının ölümü ilə nəticələnən proqramı yenidən araşdıran prokurorluq sözügedən proqramın tətbiqi nəticəsində əlil olan və həyatını itirən 5 qadınla bağlı təkrar iddianamə hazırlayıb.
Baş prokurorluq məsələ ilə bağlı o dövrdə xidmət göstərən 3 vəifəli şəxs barəsində də cinayət işi açacaq.
2 mində çox insan Fujimorini məhkəməyə verib.
Qeyd edək ki, 79 yaşlı sabiq prezident 2009-cu ildə insan hüquqlarını pozduğu üçün 25 il müddətinə həbs olunsa da, sağlamlığında problem yarandığı əsas gətirilərək yeni prezidentin qərarı ilə azadlığa buraxılmışdı. Onun azadlığa buraxılmasını minlərlə insan boykot etmişdi.