Şimali Kipr Türk Respublikasında sabiq prezident Dərviş Əroğlunun qızı Cəncay Əroğlu 24 apreldə keçiriləcək seçkilər üçün Demokratlar Partiyasından namizədliyini irəli sürüb.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, Gənclik İdarə Müdirliyi və Maliyyə Nazirliyində çalışmış Gəncay Əroğlu ailəsinin razılıq vermədiyi Demokratlar Partiyasından Lefkoşa bələdiyyə sədri olmaq üçün seçkilərdə iştirak edəcək. Atası Dərviş Əroğlu isə bu addıma qarşı çıxaraq seçkilərdə qızına dəstək verməyəcəyini, onun rəqibi Həsən Sərtoğlunun seçilməsini arzuladığını bildirib.
Bu mövqeyə münasibət bildirən Gəncay Əroğlu isə "İstəyən istəyəni dəstəkləyə bilər. Mənim məqsədim xalqın dəstəyini qazanmaqdır" deyib.
Qeyd edək ki, Dərviş Əroğlu 17 il ərzində Şimali Kipr Türk Respublikasının baş naziri, 2010-2015-ci illərdə isə prezident vəzifəsini icra edib.
Gülşən