Xəbər lenti

Sabiq prezidentin ailə üzvləri Brüsseldəki hava limanında olub
Dünya14:15 22.03.2016

Sabiq prezidentin ailə üzvləri Brüsseldəki hava limanında olub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gürcüstanın sabiq prezidenti, hazırda isə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin həyat yoldaşı və oğlu Brüsseldə partlayış baş verən hava limanında olublar. Bu barədə Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili öz Facebook səhifəsində yazıb.
“Həyat yoldaşım və oğlum Brüsseldə hava limanında partlayış baş verməzdən bir neçə saat öncə həmin terminalda olub”.
Saakaşvilinin yazdığına görə, ailə üzvləri terror aktı baş verməzdən öncəki reyslə uçublar: “Mən bu faciə haqda oxuyanda artıq bilirdim ki, onlar uçublar. Lakin dərhal hadisə qurbanlarının yaxınları haqda düşündüm. Çox dəhşətli faciədir və çox təəssüf edirəm ki, bu, son deyil”.(anspress)
Qaynar.info